Bank Of Baku

Xocalıda yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib - VİDEO

Xocalıda yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib - VİDEO
# 04 yanvar 2026 15:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Azsamand” markalı minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

© APA | Xocalıda buz bağlayan yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR