Xocavənd və Ağdərə rayonlarına köçrülünən sakinlərə yeni mənzillərin və evlərin açarları təqdim edilib.
APA-nın yerli müxbiri xəbər verir ki, bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb.
Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.
Açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Prezidentin müvafiq rayonlar üzrə xüsusi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
***
12.48
Növbəti köç karvanları Xocavənd və Ağdərə rayonlarına çatıb.
APA-nın yerli müxbiri xəbər verir ki, bu mərhələdə iki rayona ümumilikdə 42 ailə - 163 nəfər köçürülüb.
Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.
***
11.59
Xocavənd və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib.
APA-nın yerli müxbiri xəbər verir ki, bu mərhələdə ümumilikdə 42 ailə olmaqla 163 nəfər doğma yurdlarına qayıdıb.
Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşacaq.
Doğma yurda qayıdan sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər.