Yağış suları Naxçıvanda tarixi qalanın divarını uğurub - FOTO

Yağış suları Naxçıvanda tarixi qalanın divarını uğurub - FOTO
# 16 aprel 2024 14:38 (UTC +04:00)

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin divarlarından biri güclü yağış səbəbindən uçub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisədən dərhal sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən qala divarının uçması ilə bağlı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə vizual baxış keçirilib.

Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerə düzülmüş təbii sal daşlarında çat və aralanmalar əmələ gəldiyi üçün yağış sularının uzun müddət divarın içərisinə sızması, qalanın ön hissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub. Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmış çatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında və qalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar baş verib.

Qeyd edək ki, müxtəlif dövrlərdə baş vermiş müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib. Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilib. Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanların çıxması məhdudlaşdırılıb, həmin hissəyə örtük çəkilib.

Bildirilib ki, bərpa zamanı yol verilən nöqsanların aradan qaldırılmasına və düzgün restavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrə lisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışın keçirilməsi, təhlillərin aparılması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR