Bank Of Baku

Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilib

Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilib
# 15 may 2024 10:36 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 3,5 mini təkərli oturacaq (o cümlədən 6-sı mühərrikli təkərli oturacaq), 835-i aşağı və yuxarı ətraf protezi, 944-ü eşitmə aparatı, 953-ü qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 1073 cüt protez ayaqqabı, 1,8 min cüt ortopedik ayaqqabı, 29 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 4 ayında ümumilikdə 5,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR