Bank Of Baku

Yanvar-avqustda 2310 əkiz, 105 üçəm, 4 dördəm doğulub

Yanvar-avqustda 2310 əkiz, 105 üçəm, 4 dördəm doğulub
# 17 oktyabr 2022 11:05 (UTC +04:00)

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 2310-u əkiz, 105-i üçəm, 4-ü isə dördəm doğulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR