Bank Of Baku

Zakir Fərəcov vətəndaşları qəbul edib

Zakir Fərəcov vətəndaşları qəbul edib
# 11 aprel 2025 18:21 (UTC +04:00)

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar görüşü keçirilib.

İH-dən APA-ya verilən məlumata görə, aprelin 11-də baş tutan görüş 29-cu məhəllə ərazisində təşkil olunub. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər təsərrüfatı ilə bağlı qurumların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və yerli sakinlər iştirak ediblər.
Sakinlər tərəfindən əsasən sosial rifah, kommunal xidmətlərin təkmilləşdirilməsi, infrastruktur problemləri, məşğulluq və digər məsələlər qaldırılıb. Şəhər rəhbəri vətəndaşların müraciətlərini diqqətlə dinləyib, bir sıra məsələlər yerində həllini tapıb. Digər müraciətlərlə bağlı isə aidiyyəti təşkilatlara tapşırıqlar verilib və nəzarətə götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyi əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR