Suriyada baş verən zəlzələ Hələb şəhərinin tarixi mərkəzində də dağıntılara səbəb olub.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Hələbin bəzi bölgələrində, o cümlədən Fardus, Səlahəddin və Bustan əl-Qəsrdə çoxlu sayda bina uçub.
Səhər saat 4:20 radələrində baş verən zəlzələ nəticəsində Hələbin tarixi mərkəzi olan və UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhər ən çox zərər çəkən bölgələrdən biri olub. O cümlədən bir çox qədim məscid dağılıb.