«BP-Azerbaijan» Rusiya təyyarələrinin BTC-ni bombalaması nəticəsində kəmərdə partlayışın baş verməsi xəbərini təkzib edib

«BP-Azerbaijan» Rusiya təyyarələrinin BTC-ni bombalaması nəticəsində kəmərdə partlayışın baş verməsi xəbərini təkzib edib
# 12 avqust 2008 14:32 (UTC +04:00)
«BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı «APA-Economics»ə bildirib ki, bu gün BTC əsas ixrac neft boru kəməri bombalanmayıb: «Bu məlumatlar əsassızdır. BTC-nin Gürcüstan hissəsində hər hansı partlayış olmayıb».

Qeyd edək ki, Rusiya təyyarələrinin BTC-nin Gürcüstandan keçən hissəsini bu gün bombalaması barədə bu ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya və reinterqasiya naziri Temur Yakobaşvili məlumat verib. T. Yakobaşvili onu da əlavə edib ki, zərbələr hədəfə dəyməyib, bombalar kəmərin ətrafına düşüb.

“Rustavi-2” televiziyası isə BTC-nin bombalanması nəticəsində kəmərdə 3 partlayışın baş verdiyi barədə xəbər yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR