Polis məntəqəsinə silahlı basqın edən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
13 avqust 2008 12:10 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Bakının Səbayel rayonunda polis sahə müvəkkilliyinə basqın edərək 2 polis əməkdaşını və 2 mülki vətəndaşı güllələməkdə təqsirləndirilən Xanlar Məmmədovun apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, X. Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ilin noyabrın 20-də sahə müvəkkilliyinə basqın edərək polis əməkdaşları İmdad Nəzərov və Zakir Sadıqova, onun həyat yoldaşı Mehriban Sadıqovaya, Qobustan rayon sakini Müslüm Cəbrayılova odlu silahla xəsarət yetirib. M. Cəbrayılov aldığı güllə yarasından ölüb.

Hadisə
Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib
17:37
22 may 2024
Şahbuzda avtomobil aşıb, 4 yeniyetmə xəsarət alıb
16:37
22 may 2024
Zabratda açıq ərazisdə olan yanğın söndürülüb - VİDEO
15:56
22 may 2024
Daşkəsəndə orta məktəbdə 20 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanılıb
15:12
22 may 2024