Pentaqon rəhbəri: “ABŞ Rusiya münasibətləri uzun müddətə pozula bilər”

Pentaqon rəhbəri: “ABŞ Rusiya münasibətləri uzun müddətə pozula bilər”
# 15 avqust 2008 08:30 (UTC +04:00)
Vaşinqton-APA. “Rusiya hərbçilər Gürcüstan ərazisini tərk etməsələr, Birləşmiş Ştatlarla Moskva arasında münasibətlər uzun müddətə pozula bilər”. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla Pentaqon rəhbəri Robert Qeyts çıxış edib. O, ABŞ əsgərlərinin Gürcüstan ərazisində peyda olmasına zərurət yaranmadığını bildirib: “Bizim əsgərlərin Gürcüstana getməsinə ehtiyac yoxdur, çünki Rusiya tərəfi prinsip baxımından atəşkəs şərtlərinə riayət edirlər. Belə görünür ki, ruslar geri çəkilməyə hazırlaşırlar. Hər bir toqquşmanın təfərrüatlarını aydınlaşdırmaq çətindir, amma ümumilikdə götürdükdə Rusiya qoşunları hərəkət etməkdədir”. Robert Qeyts Rusiya hərbçilərinin hansı istiqamətdə hərəkət etdiyinə aydınlıq gətirməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR