Separatçı Cənubi Osetiya rəhbərliyi gürcü qaçqınların öz kəndlərinə geri qayıtmasına icazə verməyəcəyini bəyan edib

Separatçı Cənubi Osetiya rəhbərliyi gürcü qaçqınların öz kəndlərinə geri qayıtmasına icazə verməyəcəyini bəyan edib
# 15 avqust 2008 08:37 (UTC +04:00)
O, gürcü qaçqınların geri dönməsinə icazə verilməyəcəyini iki amillə əsaslandırıb: “Birincisi, gürcülər təhlükəsizlik səbəbilə evlərinə dönə bilməzlər, ikincisi, bizə Gürcüstandan olan osetin qaçqınları yerləşdirmək üçün kəndlər lazımdır”. Kokoyta Cənubi Osetiya ərazisindəki gürcü kəndlərinin faktiki olaraq dağıdıldığını bildirib: “Biz oranın altını üstünə çevirmişik. Osetin qoşunları gürcü kəndlərinə daxil olanda, orada demək olar ki, dinc sakin qalmamışdı. Onların bir hissəsini gürcü tərəfi evakuasiya edib, qalan hissə isə humanitar dəhlizlə ərazini tərk ediblər. Düzdür, gürcü kəndlərində soyğunçuluq faktlarının olduğunu istisna etmirəm, amma bu kimi hallara istənilən müharibədə rast gəlmək olar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR