Kluba bomba qoyduğu barədə yalan məlumat verən qadın məhkəmə zalından azadlığa buraxılıb

Kluba bomba qoyduğu barədə yalan məlumat verən qadın məhkəmə zalından azadlığa buraxılıb
# 18 noyabr 2016 11:31 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət haqda bilə-bilə yalan xəbər verməkdə təqsirləndirilən Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Əliyevaya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A. Əliyeva polisə zəng edərək, Bakının Bilgəh qəsəbəsində yerləşən kluba bomba qoyduğunu deyib. Araşdırmalardan sonra verilən məlumatın yalan olduğu məlum olub.

A. Əliyeva barəsində həbs qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR