Nazir müavini: "Gələn il sosial müavinətlərə ayrılan maliyyə 800 milyon manata çatdırılacaq"

Nazir müavini: "Gələn il sosial müavinətlərə ayrılan maliyyə 800 milyon manata çatdırılacaq"
# 17 dekabr 2019 13:49 (UTC +04:00)

"Bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər olub. Bu ilin əvvəlində 14 növ müavinət, 7 növ prezident təqaüdü artırılıb".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, əgər indiyədək sosial müavinətlərin maliyyə yükü 400 milyon manata yaxın idisə, növbəti ildən həmin məbləğ 800 milyon manata çatdırılacaq: "Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq mütəmadi tədbirlər həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR