Masallıda hərəkətdə olan minik avtomobili yanıb

Masallıda hərəkətdə olan minik avtomobili yanıb
# 17 iyul 2016 07:47 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Banbaşı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Rafət Özbək oğlu Məmmədovun idarə etdiyi minik avtomobili hərəkətdə olarkən qəfildən alışıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilin salonu və mühərrikinin elektrik avadanlıqları yanaraq sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR