Bakıda polis avtomobili qəzaya düşüb

Bakıda polis avtomobili qəzaya düşüb
# 12 may 2016 12:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda polis avtomobili qəzaya düşüb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şərifzadə küçəsi 77 ünvanında qeydə alınıb. Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Ümid İmran oğlu Məmmədovun idarə etdiyi “Azsamand” markalı, 90 UV 395 dövlət nömrə nişanlı avtomobil xidmətdə olan Çevik Polis Alayına məxsus “FİAT-Doblo” markalı, 90 AP 667 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR