Bakıda arvadını öldürən gəncə 10 illik həbs cəzası verilib

Bakıda arvadını öldürən gəncə 10 illik həbs cəzası verilib
# 25 oktyabr 2016 09:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Tural Kazımovun məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Tural Kazımov 10 il müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, qətl bu il iyun ayının 20-də Bakının Suraxanı rayonunda törədilib. 1988-ci il təvəllüdlü T. Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib və polisə təslim olub. O, qətli qısqanclıq zəminində törətdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR