Naxçıvan əhalisinin kreditləşməsində azalma müşahidə olunur

Naxçıvan əhalisinin kreditləşməsində azalma müşahidə olunur
# 22 fevral 2016 09:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayı ərzində Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 mln. 439 min manat məbləğində kreditlər verilib. "APA-Economics" xəbər verir ki, bu, 2015-ci ilin yanvar ayına nisbətən 884 min manat və ya 26,6% azdır.


Məlumata əssən, 1 fevral 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 53204-ə çatıb ki, bunun da 50170-i və ya 94,3%-i aktiv hesablardır. 2016-cı ilin yanvar ayında açılmış 209 bank hesabının hamısı aktiv hesablar olub.

Hesabat dövründə muxtar respublikada POS-terminalların sayı 1069-a çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR