Yevlax sakini ehtiyasızlıqdan ov tüfəngi ilə özünə xəsarət yetirib

Yevlax sakini ehtiyasızlıqdan ov tüfəngi ilə özünə xəsarət yetirib
# 11 dekabr 2017 09:06 (UTC +04:00)

Yevlax sakini ehtiyatsızlıqdan özünə silahla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 9-da Yevlax rayonunun Hacıselli kənd sakini Rahil Mustafayev ayaq nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı onun evinin həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alması müəyyən edilib.

Hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR