ABŞ federal büdcəsinin kəsiri 2015-ci ildə xeyli azalaraq 439 mlrd. dollar təşkil edib

ABŞ federal büdcəsinin kəsiri 2015-ci ildə xeyli azalaraq 439 mlrd. dollar təşkil edib
# 16 oktyabr 2015 01:39 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu rəqəm son 8 ildə ən aşağı göstərici olub. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, büdcə kəsirinin 2015-ci maliyyə ilində 439 mlrd. dollaradək enməsi vergi yığımının hesabına baş verib. Bu 2014-cü ilin kəsirindən 44 mlrd. dollar azdır. Bu rəqəm həmçinin son 40 il ərzindəki orta göstəricidən aşağı olub.

Qeyd edək ki, ABŞ büdcəsinin gəlir hissəsi 2015-ci maliyyə ilində 3,249 trilyon dollar, xərclər isə 3,688 trilyon dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR