Nizami Gəncəvi adına Qızıl medala namizədlərin adları açıqlanıb

Nizami Gəncəvi adına Qızıl medala namizədlərin adları açıqlanıb
# 20 aprel 2016 14:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın Nizami Gəncəvi adına Qızıl medala namizədlərin adları açıqlanıb.

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin iclasına akademik Rasim Əliquliyev bildirib ki, ekspertlər Lütfi Zadə və akademik Böyükkişi Ağayevin namizədliyini irəli sürüblər. R. Əliquliyev qeyd edib ki, AMEA-nın adlı mükafatlarına 7 nəfər namizəd göstərilib.

R. Əliquliyev Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddətinin başa çatdığını bildirib. AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib. İclasda İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Elm TV internet televiziya şöbəsinin AMEA Rəyasət Heyəti aparatın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna verilməsi haqqında qərar qəbul olunub. Digər qərarla AMEA-nın M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda, Neft-Kimya Prosesləri İnstitutunda, Geologiya və Geofizika İnstitutunda, Coğrafiya İnstitutunda, Genetik Ehtiyatlar İnstitutunda təhsil şöbələri yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR