Azərbaycan prezidenti Küveyt rəhbərliyini təbrik edib

Azərbaycan prezidenti Küveyt rəhbərliyini təbrik edib
# 24 fevral 2016 15:34 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Küveyt Dövlətinin milli bayramı münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycanla Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm”.

Dövlət başçısı həmçinin Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı təbrik edib: “Küveyt Dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR