Maliyyə Nazirliyi Beynəlxalq Bankdakı payını 4%-ə yaxın artırıb

Maliyyə Nazirliyi Beynəlxalq Bankdakı payını 4%-ə yaxın artırıb
# 11 aprel 2016 15:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib.

"APA-Economics" xəbər verir ki, Maliyyə Nazirliyi bankdakı iştirak payını 51,07%-dən 54,96%-dək artırıb.

Bundan başqa, nizamnamə kapitalında qeyri-dövlət müəssisələrinin iştirak payı 10,11%-dən 8,49%-dək azalıb.

Fiziki şəxslərin kapitaldakı payı 38,82%-dən 36,55%-ə enib.

Belə çıxır ki, Maliyyə Nazirliyi qeyri-dövlət müəssisələrindən 1,62%, fiziki şəxslərdən 2,27% alıb.

Hazırda bankın nizamnamə kapitalı 641 mln. 287,25 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR