Rusiya digər həmsədr ölkələrlə məsləhətləşmələrə başlayıb

Rusiya digər həmsədr ölkələrlə məsləhətləşmələrə başlayıb
# 02 aprel 2016 11:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan digər tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. O qeyd edib ki, Rusiya vəziyyəti izləyir: “Moskva münaqişə tərəflərini təmkinli olmağa və zorakılıqdan dərhal imtina etməyə çağırır”.

M. Zaxarova Rusiya XİN-in Azərbaycan və Ermənistan XİN-in rəhbərliyi ilə daimi əlaqədə olduğunu da söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR