Putin Türkiyədə ikitərəfli görüşlər keçirəcək

Putin Türkiyədə ikitərəfli görüşlər keçirəcək
# 04 oktyabr 2016 14:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını və Ümumdünya Enerji Konqresində çıxış edəcəyini söyləyib: “Səfər oktyabrın 10-da baş tutacaq. Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”.

Qeyd edək ki, Ümumdünya Enerji Konqresi oktyabrın 9-13-də İstanbulda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR