MSK sədri Avropa Xalq Partiyasından olan beynəlxalq müşahidəçilərlə görüşüb

MSK sədri Avropa Xalq Partiyasından olan beynəlxalq müşahidəçilərlə görüşüb
# 25 sentyabr 2016 17:12 (UTC +04:00)

Bakı-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Xalq Partiyasının De Santa Ana Fernandezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb, bu münasibətlərin hər bir ölkədə seçki və referendum sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malik olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri və üzvləri MSK sədrinə səmimi qəbula görə minnətdarlıqlarını bildirərək, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar son hazırlıqlarla maraqlanıblar. Sualları cavablandıran M. Pənahov referendumda ölkə vətəndaşlarının konstitusion hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları onların diqqətinə çatdırıb.

Daha sonra görüş qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR