EBRD-nin prezidenti: "Bu il Azərbaycana sərmayələrimiz ciddi artacaq"

EBRD-nin prezidenti: "Bu il Azərbaycana sərmayələrimiz ciddi artacaq"
# 24 may 2016 15:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanla münasibətlərə çox önəm verdiklərini deyən S. Çakrabati ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, 2016-cı ildə EBRD-nin Azərbaycana sərmayələrində ciddi artım olacaq.

Görüşdə Azərbaycanla EBRD arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR