Sabah Bakının Maştağa və Buzovna qəsəbələrində içməli suyun verilməsində məhdudiyyət olacaq

Sabah Bakının Maştağa və Buzovna qəsəbələrində içməli suyun verilməsində məhdudiyyət olacaq
# 11 avqust 2016 16:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakının Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 12-də gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR