Bakıda yol polisindən qaçan avtoxuliqan qəza törədib - FOTO - VİDEO

Bakıda yol polisindən qaçan avtoxuliqan qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 04:05 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA. Bakıda yol polisindən qaçan avtoxuliqan qəza törədib.

APA-nın məlumatına görə, yol polisi əməkdaşları VAZ-21011 markalı, 10 EH 807 dövlət nömrə nişanlı avtomobili saxlamaq istəyiblər. Lakin sürücü, 23 yaşlı Kamran Hüseynov polis əməkdaşlarının qanuni əmrinə tabe olmaqdan imtina edib və Niyazi küçəsi ilə "Azneft meydanı" istiqamətində hərəkətini davam etdirib. Dairədə idarəetməni itirən sürücü maşını ağaca çırpıb.

Qəzadan sonra sürücü Kamran Hüseynov və sərnişinlər - bir kişi, iki qadın maşından düşüb qaçmağa başlayıblar. Dənizkənarı Milli Parka qaçan sürücü və sərnişinlər bulvar idarəsinin mühafizəçilərinin yardımı ilə saxlanılıb.

Sürücü qaçmağa çalışmasını sürücülük vəsiqəsinin olmaması ilə əsaslandırıb. Qəzaya uğrayan avtomobil cərimə meydançasına aparılıb. Avtoxuliqanlıq edən sürücü barəsində protokol tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR