Dünən Rusiya Dövlət Dumasında təmsil olunacaq partiyaların adları açıqlanıb

Dünən Rusiya Dövlət Dumasında təmsil olunacaq partiyaların adları açıqlanıb
# 19 sentyabr 2016 09:17 (UTC +04:00)

Bakı-APA. Dünən Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar bülletenlərin 93 faizi sayılıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) nəticələrə əsasən Dövlət Dumasında təmsil olunacaq partiyaları açıqlayıb.

Beləliklə, Dövlət Dumasında 54,27 faiz səs toplamış Vahid Rusiya Partiyası, 13,46 faiz səs toplamış Kommunist Partiyası, 13,25 faiz səs toplamış Liberal Demokrat Partiyası, 6,17 faiz səs toplamış Ədalətli Rusiya Partiyası təmsil olunacaq. Səslər 100 faiz sayıldıqdan sonra bu nəticələrdə ciddi dəyişiklik olacağı gözlənilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR