Sorğu: Klinton Trampı 5 faiz qabaqlayır

Sorğu: Klinton Trampı 5 faiz qabaqlayır
# 27 avqust 2016 00:52 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5% qabaqlayır.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 41 faizini, Tramp isə 36 faizini toplaya bilər.

Qeyd edək ki, ötən həftə “Reuters” agentliyi və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş sorğuda rəyi soruşulanlardan 45 faizi Klintonu, 33 faizi isə Trampı dəstəkləyib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR