Vəkili Əli İnsanova qarşı yeni ittiham irəli sürülməsi barədə məlumatları təkzib edib - YENİLƏNİB

Vəkili Əli İnsanova qarşı yeni ittiham irəli sürülməsi barədə məlumatları təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 07 iyun 2016 14:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev müdafiə etdiyi şəxsə qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

T. Babayev APA-ya açıqlamasında bildirib ki, Ə. İnsanova qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlar yalandır: “Bir az əvvəl onunla cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində görüşdük. Heç bir problemi yoxdur”.

***

saat 15.32

Bakı-APA. Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülür. APA-nın xəbərinə görə, bu barədə vəkil Namizəd Səfərov Facebook səhifəsində yazıb.

Vəkil qeyd edib ki, Əli İnsanov hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR