Fidel Kastro Havanada Uruqvayın sabiq prezidenti ilə görüşüb

Fidel Kastro Havanada Uruqvayın sabiq prezidenti ilə görüşüb
# 31 yanvar 2016 04:45 (UTC +04:00)

Bakı-APA. Kuba inqilabının lideri Fidel Kastro Havanada Uruqvayın sabiq prezidenti Xose Muxika ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kastro və Muxika arasında görüş bir neçə saat davam edib.

Uruqvayın sabiq prezidentinin sözlərinə görə, Fidel Kastro gümrah və şən olub, söhbət zamanı Zika xəstəliyinin sürətlə yayılmasından narahat olduğunu bildirib.

Bundan əvvəl 89 yaşlı Fidel Kastro 2015-ci ilin avqustunda ictimaiyyət qarşısına çıxıb. O zaman o Venesuela və Boliviya prezidentləri ilə görüşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR