Səfir: “Regionda sülhün təmin olunması üçün Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır”

Səfir: “Regionda sülhün təmin olunması üçün Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır”
# 08 aprel 2016 12:58 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İndoneziya Azərbaycanı təkcə ikitərəfli xüsusi münasibətlərə görə deyil, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən dəstəkləyir”.

APA-nın “internasional.republika.co.id” saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev Cakartada təşkil edilən mətbuat konfransında çıxış edərkən bildirib.

İndoneziya vətəndaşlarının Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri bilməsinin vacibliyini vurğulayan səfir bu mənada Azərbaycanın İndoneziyanın dəstəyinə ehtiyacı olduğunu qeyd edib.

“Azərbaycanın region üzərində suverenliyi BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanındığı üçün Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Qoy insanlar orada sülh içində yaşasınlar”.

T. Qarayev Azərbaycanın regiondakı xalqlarla heç bir probleminin olmadığını deyib: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Biz regionda dinlər və müxtəlif xalqlar arasında müharibə istəmirik. Regionda sülhün təmin olunması üçün Ermənistan silahlı qüvvələri 20 ildən çox işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR