AMEA-nın 2 bölməsi üzrə doktorantların dissertasiya mövzuları təsdiq olunub

AMEA-nın 2 bölməsi üzrə doktorantların dissertasiya mövzuları təsdiq olunub
# 22 yanvar 2016 13:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün AMEA Rəyasət Heyətində Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin ümumi yığıncağı keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, iclasın gündəliyinə hər iki bölmənin elmi-tədqiqat müəssisələrinin 2015-2016-cı tədris ili üçün fəlsəfə doktorluğu və elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulunun nəticələrinin müzakirəsi daxil edilib.

O qeyd edib ki, Akademiyada test texnologiyasının ilk dəfə tətbiq olunması ilə doktoranturaya qəbulla bağlı aparılan islahatların müsbət nəticələr verib.

Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

İclasda, “Müasir Azərbaycan ədəbi dilində elmi terminologiyanın formalaşması və dilin lüğət tərkibinin inkişaf istiqamətləri”, “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik”, “Dövlətin iqtisadi tənzimlənməsinin ölçülməsi metodologiyası və iqtisadi inkişaf modellərinin təsnifləşdirilməsi”, “Azərbaycan Respublikasının davamlı inkişaf konsepsiyası modelinin göstəricilərinin neyro-fazzi üsullardan istifadə olunmaqla təhlili” və “Milli valyutanın devolyasiyası şəraitində makroiqtisadi sabitliyin modelləşdirilməsi” elmi-tədqiqat layihələri ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR