“Nar bağı” filminin çəkilişlərinə başlanılıb

“Nar bağı” filminin çəkilişlərinə başlanılıb
# 06 oktyabr 2016 09:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb.

“Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, dram janrında lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhadov, Həsən Ağayev və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR