Mərkəzi Bank: Son 1 ildə Azərbaycana pulköçürmələr 25% azalıb

Mərkəzi Bank: Son 1 ildə Azərbaycana pulköçürmələr 25% azalıb
# 14 may 2016 12:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov –APA-Economics. 2016-cı ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət mal və xidmət ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına təsir edib.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-mart ayları üzrə “Pul siyasəti” icmalında məlumat verilib.

İlkin rəqəmlərə əsasən 2016-cı ilin I rübündə ölkəyə daxil olan pul baratları 173,5 mln. ABŞ dolları təşkil edib. Bu, 2015-ciilin I rübünə nisbətən 60 mln. dollar və ya 25,64% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR