Çətənə becərən Lənkəran sakini saxlanılıb

Çətənə becərən Lənkəran sakini saxlanılıb
# 03 sentyabr 2016 07:40 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayon sakini qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisi yetişdirdiyi üçün məsuliyyətə cəlb olunub.


Bunu APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi, polis mayoru Nizami Məhərrəmov verib.

Onun sözlərinə görə, rayonun Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Etiram Ehtiman oğlu Nəcəfov yaşadığı evin həyətyanı torpaq sahəsində qarğıdalı kollarının arasında bir ədəd narkotik tərkibli çətənə bitkisini qanunsuz əkərək, kultivasiya etməklə yetişdirib. Daha sonra E. Nəcəfov satış məqsədilə çətənə kolunu toplayaraq qurudub. Qurudulmuş ümumi çəkisi 1 960 qram olan marixuananı o, evində üzərində "Sultan" və "Besta" sözləri yazılmış düyü kisələrinin içərisində gizlədib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Etiram Nəcəfovun evinə baxış keçirilərkən onun qurudub saxladığı 1960 qram marixuana üzərində "Sultan" və "Besta" yazılmış düyü kisələrinin içindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

E. Nəcəfov barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 və 237.1 maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR