İş adamının qətlinə görə məhkum edilən dəstə üzvləri apellyasiya şikayəti veriblər

İş adamının qətlinə görə məhkum edilən dəstə üzvləri apellyasiya şikayəti veriblər
# 15 sentyabr 2016 14:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərdən ibarət dəstə üzvləri barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

APA-nın məlumatına görə, onlar cəzalarının azaldılmasını istəyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərə hökm oxunub. Hökmə əsasən, Nurəddin Xəlilov ömürlük, Müşfiq Mikayılov 20 il, Rəşad Həşimli 20 il, Əhməd Kərimov 20 il, Coşqun Kərimbəyli 20 il, Bahadur Məmmədov 20 il, Zaur Əliyev 18 il, Pərviz Şıxalıyev 16 il, Rəşad Səfərəliyev 16 il, Xəlil Məmmədov 15 il, Samir Məmmədov 16 il, Rufis Bəyimov 18 il, Ceyhun Abdullayev 14 il, İlqar Musayev 13 il, 6 ay, Anar Rzayev 14 il, Niyaməddin Xəlilov 16 il, Fəxri Şirinzadə isə 20 il müddətində azadlıqdan məhrum ediliblər.

İttihama görə, dəstə üzvləri 2014-cü ilin noyabrında Qəbələdə iş adamı Vahid Vahabovu tamah məqsədilə qətlə yetiriblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin digər cinayətlərdə də iştirakları müəyyənləşib. Həmin şəxslər radikal dini cərəyanın üzvləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR