Qəbul imtahanlarında 150 və daha çox bal toplayan 18 min abituriyent ixtisas seçimində iştirak edəcək

Qəbul imtahanlarında 150 və daha çox bal toplayan 18 min abituriyent ixtisas seçimində iştirak edəcək
# 27 iyul 2016 13:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda keçirilən qəbul imtahanlarında 150 və daha çox bal toplayan abituriyentlər də ixtisas seçimində iştirak edə biləcək. APA-nın xəbərinə görə, 150 bal məhdudiyyəti yalnız I və IV qrupların bəzi ixtisaslarına şamil edilir. "Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Bu il I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 14 808 abituriyent 150 və daha yüksək nəticə göstərəək müsabiqədə iştirak etmək imkanı qazanıb.

IV ixtisas qrupu üzrə isə "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Bu qrup üzrə 150-dən yuxarı bal toplayaraq müsabiqədə iştirak edəcək uşaqların sayı isə 3223 nəfərdir.

Ümumilikdə, I və IV qruplar üzrə 150-dən yuxarı bal toplayan 18 031 abituriyent ixtisas seçimində iştirak etmək imtahanı əldə edib.

“Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, "Kompüter elmləri" və "Geologiya" ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR