Xidaşeli: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”

Xidaşeli: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”
# 01 fevral 2016 14:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan bizim strateji tərəfdaşımızdır, Türkiyə isə qonşu ölkə, NATO-nun üzvü, bizim alyansla münasibətlərimizdə bütün təşəbbüslərimizi dəstəkləyən və buna görə minnətdar olduğumuz ölkədir”.

APA-nın “eadaily.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Ermənistanda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, buna baxmayaraq Gürcüstan və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edir və bu xətti gələcəkdə də davam etdirməyi planlaşdırırlar.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri T. Xidaşeli Ermənistanda rəsmi səfərdədir. Səfər çərçivəsində nazirin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR