Bağdadda məsciddə baş verən partlayışda 25-dən çox adam ölüb

Bağdadda məsciddə baş verən partlayışda 25-dən çox adam ölüb
# 22 aprel 2016 14:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İraqın paytaxtı Bağdadda məsciddə baş verən partlayış nəticəsində 25-dən çox adam ölüb.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Sky News Arabia” telekanalı yayıb. Məlumata görə, terrorçu-kamikadze Bağdadın cənub-qərbində ər-Rizvaniya rayonunda yerləşən şiə məscidində özünü partladıb.

Ölənlərin dəqiq sayı barədə məlumat yoxdur. Hələlik hadisəni heç bir qruplaşma üzərinə götürməyib.

Kanal Bağdad yaxınlığında İŞİD qruplaşması üzvləri ilə toqquşma zamanı 11 İraq əsgəri və yerli qiyamçının ölməsi barədə də məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR