SOCAR-ın konsolidə edilmiş borcu 6 mlrd. dolları ötüb - YENİLƏNİB

SOCAR-ın konsolidə edilmiş borcu 6 mlrd. dolları ötüb - <span style="color: red;">YENİLƏNİB
# 27 aprel 2016 14:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edir. “APA-Economics” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.


S. Qasımov qeyd edib ki, bura həm xarici, həm daxili borclar aiddir.

SAAT 15:32

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR 2015-ci ildə mənfəət əldə etməyib.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: "Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR