Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək

Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək
# 30 aprel 2016 19:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək. APA-nın ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, 14 – 21 may tarixlərində keçiriləcək Amerika Günlərinin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Məlumata görə, festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub. Bütün tədbirlərin ictimaiyyət üçün açıq və girişin pulsuz olacağı bildirilir (bəzi istisnalar olmaqla).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR