Serj Sarkisyan: “Ermənistan Suriya məsələsində Rusiyanı dəstəkləyir”

Serj Sarkisyan: “Ermənistan Suriya məsələsində Rusiyanı dəstəkləyir”
# 10 mart 2016 23:05 (UTC +04:00)

Bakı-APA. Ermənistan Suriya məsələsində Rusiyanın mövqeyini dəstəkləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Moskvada rusiyalı həmkarı ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Suriyada atəşkəsə dair əldə olunan razılaşma problemin siyasi yolla həllinin “açar”ı ola bilər.

Qeyd edək ki, ötən gün Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə Vladimir Putin və Serj Sarkisyan görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhədlərində təhlükəsizlik məsələsi də prezidentlərin müzakirə mövzusu olub.

Vladimir Putin erməni həmkarına iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib. Rusiya prezidenti iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edib: "Bizim münasibətlər uğurla inkişaf edir. Əlbəttə ki, obyektiv xarakter daşıyan problemlər mövcuddur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR