Lerikdə 18 yaşlı gənc özünü güllələyib

Lerikdə 18 yaşlı gənc özünü güllələyib
# 29 mart 2016 17:07 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 18.00 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.

Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR