Bakıda axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan şəxslər tutulub
# 15 dekabr 2015 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1976-cı il təvəllüdlü Zaur Nağıyev, Sabunçu rayon 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Qurban Kazımov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR