SOCAR prezidenti: "Qazprom"a təklifimizi vermişik, cavab gözləyirik"

SOCAR prezidenti: "Qazprom"a təklifimizi vermişik, cavab gözləyirik"
# 11 may 2016 11:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR Rusiyanın "Qazprom" şirkətindən 3-5 mlrd. kubmetr həcmində qaz almaq niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Biz təklifimizi vermişik: qaz satırsan, alırıq. Top onlardadır.... İlkin olaraq, 3-5 milyard kubmetr həcmində qaz ala bilərik. Yenə də deyirəm, təklifimizi vermişik, cavab gözləyirik. Bizə əsasən texniki qaz lazımdır ki, bu da yataqlara vurulur. Əlavə həcmdə qaz bizə həmçinin imkan verir ki, qaz anbarlarımızın imkanlarını genişləndirək", - deyə R. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR