Qazaxıstanda 3 radikal qruplaşma zərərsizləşdirilib

Qazaxıstanda 3 radikal qruplaşma zərərsizləşdirilib
# 31 avqust 2016 09:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Qazaxıstanın Qərbi Qazaxıstan və Aktobe vilayətlərində avqustun 12-dən 30-dək 3 radikal qruplaşma zərərsizləşdirilib.

APA-nın məlumatına görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, ekstremistlər hüquq-mühafizə orqanlarına hücumlar təşkil etməyi və insanların çox olduğu ərazilərdə terror aktı törətməyi planlaşdırıblar.

Qruplaşma üzvlərinin yaşadığı yerlərdən silah-sursat, trotil, kustar üsulla hazırlanmış partlayıcı qurğu, bıçaqlar və ekstremist məzmunlu materiallar götürülüb. Onlar evində həmçinin xüsusi kağız, çap aparatı və saxta pullar aşkar edilib. Ümumilikdə Qərbi Qazaxıstan vilayətində 10, Aktobe rayonunda isə 11 nəfər həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR