Azərbaycanda özəl səhiyyə sektorunda yeni qaydalar tətbiq edilir

Azərbaycanda özəl səhiyyə sektorunda yeni qaydalar tətbiq edilir
# 18 sentyabr 2015 09:57 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Özəl tibb fəaliyyəti haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəyə əsasən səhiyyənin özəl sektoru ilə bağlı yeni qaydalar tətbiq olunur. Qanun layihəsinin 4-cü və 16-cı maddəsinə əlavələr təklif edilir. 4-cü maddəyə əlavə edilən abzasa görə, “tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.


Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə isə, “özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərməlidir”.

Layihə səsə qoyularaq plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR