Türkiyənin Azərbaycandakı yeni səfirinin təyinatı rəsmiləşib

Türkiyənin Azərbaycandakı yeni səfirinin təyinatı rəsmiləşib
# 26 avqust 2016 08:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin xarici ölkələrdəki 22 səfirinin yerlərinin dəyişdirilməsi barədə daha əvvəl qəbul olunmuş qərar rəsmiləşib.

APA-nın məlumatına görə, qərar “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.

Səfirlərdən 12-si mərkəzi aparata çağırılıb. Onların arasında Azərbaycandakı səfir İsmayıl Alper Coşkun da var. Yeni səfir - Türkiyə XİN-in baş direktor müavini Erkan Özoral yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR